Yeni qarovul binasının açılışı olub - FOTOLAR
Burada qarovul xidmətinin yüksək səviyyədə təşkil olunması və aparılması üçün hərtərəfli şərait yaradılıb. Təyinatına uyğun olaraq zəruri inventar və avadanlıqla təmin edilən mətbəx, yeməkxana, istirahət otağı, paltar qurutma yeri, eləcə də təhlükəsizlik qaydaları tələblərinə cavab verən silah-sursat saxlancı da hərbi qulluqçuların istifadəsinə verilib.
Binaya istilik sistemi, isti və soyuq su çəkilib, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb.
Ərazi hər tərəfdən metal çərçivə ilə əhatə olunub, abadlıq və quruculuq tədbirləri görülüb, asfalt örtüyü döşənib və yaşıllıq sahəsi salınıb.
AzVision.az