"Videoda uşaqların araq içib-içmədiyi bilinmir" - Dövlət komitəsi

"Videoda uşaqların araq içib-içmədiyi bilinmir" - Dövlət komitəsi
  31 Avqust 2018    Oxunub:2591
Sosial şəbəkələrdə azyaşlı uşaqların spirtli içki qəbul etməsi ilə bağlı videogörüntü yayılıb. Kadrlarda uşaqların bir-birlərinin sağlığına badələr qaldırığı əks olunub. Görüntülər qısa zamanda sosial mediada geniş rezonans doğurub. Azyaşlı uşaqların bu cür hərəkətlərə yol verməsi ictimaiyyət arasında narazılıq yaradıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev AzVision.az-a bildirib ki, videodakı uşaqlarla bağlı məsələni onlar deyil, hüquq-mühafizə orqanları araşdırmalıdır.

“Komitənin o uşaqları, onların valideynlərini və ya həmin videonu kimin çəkdiyini tapmağa səlahiyyəti yoxdur. Bu, hüquq-mühafizə orqanlarının işidir və onlar da o işlə məşğuldurlar. Həmin uşaqların orada araq içib-içmədiyi bilinmir. Bəlkə, onlar səhnəcik qurublar. Ümumiyyətlə, bu videonun yayımlanması düzgün deyildi. Saytlar bunu götürüb yayımlayır və digər uşaqlar da bunu görür”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Komitə  





Xəbər lenti