Azərbaycan qırıcılarını Türkiyəyə göndərdi - FOTOLAR

Azərbaycan qırıcılarını Türkiyəyə göndərdi - FOTOLAR
  31 Avqust 2018    Oxunub:4087
Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən başlayacaq “TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, sentyabrın 14-dək keçiriləcək müştərək təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd “MiQ-29” qırıcı və 3 ədəd “Su-25” hücum təyyarələri iştirak edəcək.





AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   MN  





Xəbər lenti