Çaylarda mövcud vəziyyət açıqlanıb

Çaylarda mövcud vəziyyət açıqlanıb
  31 Avqust 2018    Oxunub:1630
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, avqustun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində altı santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 88 kubmetr olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 63 kubmetr təşkil etməklə ongünlük normanın 52 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində səkkiz santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 69 kubmetr olmaqla ongünlük normanın 101 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 10,5 kubmetr təşkil edərək ongünlük normanın 15 faizinə bərabər olub.

Avqustun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində dörd, Bankədə bir, Salyanda altı, Surrada doqquz, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində beş santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 (2017-ci il avqustun 31-də 347 sm), Şirvanda 179 (2017-ci il avqustun 31-də 227 sm), Salyanda 107 (2017-ci il avqustun 31-də 153 sm), Bankədə 171 (2017-ci il avqustun 31-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 santimetrə (2017-ci il avqustun 31-də 52 sm) bərabərdir.

AzVision.az


Teqlər:





Xəbər lenti