Gəncənin yeni başçısı vətəndaşlarla görüşdü

Gəncənin yeni başçısı vətəndaşlarla görüşdü
  01 Sentyabr 2018    Oxunub:3273
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaş qəbulu keçirib.
AzVision.az xəbər verir ki, qəbulda 45-ə yaxın Gəncə sakininin şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, vətəndaşlara torpaq sahələrinin verilməsi, qəzalı vəziyyətdə olan binaların təmiri, dam örtüklərinin dəyişdirilməsi kimi məsələlər üstünlük təşkil edib.



Həmçinin fərdi məşqulluq layihəsinin dəstəklənməsi, əlillik statusunun alınması ilə bağlı da müraciət edənlər olub. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti