Bakıda qanunsuz obyektlərin hamısı söküləcək

Bakıda qanunsuz obyektlərin hamısı söküləcək
  01 Sentyabr 2018    Oxunub:2877
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtın mərkəzi və ətraf rayonlarında səkilər, yollar, keçidlərdə gediş-gəlişə mane olan qanunsuz tikili və obyektlərin sökülməsi istiqamətində işlər aparır. Bununla bağlı yaradılan işçi qrup tərəfindən paytaxtın bütün rayonlarında monitorinqlər həyata keçirilir.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq BŞİH-dən bildirilib.

Məlumatda qeyd olunur ki, bəzi işbazlar əraziləri qeyri-qanuni zəbt edib, yaşıllıqları hasarlayıb, orada müxtəlif obyektlər tikiblər. Həmin obyektlərin ya sənədləri yoxdur, ya da əksəriyyətinin sənədi saxtadır.

"Belə halların müəyyən edilməsi istiqamətində monitorinqlər aparılır. Məlum olduğu kimi, Xətai rayonunda yol kənarında böyük bir yaşıllıq ərazini hasara almışdılar. Məqsəd hissə-hissə oradakı ağacları məhv edib, yerində obyekt tikmək idi. Artıq Xətai rayonunda bir sıra belə hallar aradan qaldırılıb", deyə - məlumatda vurğulanıb.

Meriyadan həmçinin bildirilib ki, yol kənarında inşa edilən, lakin sənədləri qaydasında olan tikililərlə bağlı məsələ məhkəmə qaydasında həll olunacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: BŞİH   Söküntü  





Xəbər lenti