Xocavəndin Qaradağlı kəndində raket tapılıb

Xocavəndin Qaradağlı kəndində raket tapılıb
  03 Sentyabr 2018    Oxunub:2222
Daxili İşlər Nazirliyinin "102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonu, Qaradağlı kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
AzVision.az ANAMA-ya istinadən xəbər verir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə "KRAUN KO.R" MMC-nin ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan gətirilmiş 1 ədəd PQ-7VM raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

AzVision.az


Teqlər: ANAMA   Raket  





Xəbər lenti