Ərdoğan Qırğızıstanda Qarabağ problemini qaldırdı

Ərdoğan Qırğızıstanda Qarabağ problemini qaldırdı
  03 Sentyabr 2018    Oxunub:2524
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindəki çıxşında bildirib.

“Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizidən gələn bütün səyləri göstərməyə davam edəcəyik”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti, həmçinin əlavə edib ki, Fələstin məsələsi ədalətli yolla nizamlanmadıqca yalnız regional deyil, beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması mümkün olmayacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ərdoğan   Qarabağ  





Xəbər lenti