Ana və qızını öldürən qatil tutuldu

Ana və qızını öldürən qatil tutuldu
  03 Sentyabr 2018    Oxunub:2206
Avqustun 30-da Cəlilabad rayon sakini Firuzə Əsgərovanın Ocaqlı kəndindəki evində onun və qızı Sənubərin üzərində zorakılıq əlamətləri olan meyitləri tapılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Yaşar Bayramov tutulub.

AzVision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti