Nardaranda silah-sursat tapılıb

Nardaranda silah-sursat tapılıb
  03 Sentyabr 2018    Oxunub:2325
Nardaran qəsəbəsi ərazisində silah-sursat aşkar olunub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində selofan torbada 1 ədəd kustar üsulla hazırlanan tapança, alışqanı olmayan “F-1” markalı əl qumbarası, içərisində 30 ədəd avtomat patronu olan daraq və beşbarmaq aşkar olunaraq götürülüb.

AzVision.az


Teqlər: DİN   Nardaran  





Xəbər lenti