“Favorit” raket kompleksləri təlimlərə çıxarıldı - VİDEO+FOTOLAR

“Favorit” raket kompleksləri təlimlərə çıxarıldı - VİDEO+FOTOLAR
  03 Sentyabr 2018    Oxunub:4656
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilir.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, məşğələlər zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.



Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.






AzVision.az


Teqlər: MN   S-300  





Xəbər lenti