Prezident San-Marino rəhbərliyini təbrik edib

Prezident San-Marino rəhbərliyini təbrik edib
  03 Sentyabr 2018    Oxunub:1990
Prezident İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və Matteo Çiaççiyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Zati-aliləri, San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti