Yaponiya XİN rəhbəri Azərbaycana rəsmi səfər edəcək

Yaponiya XİN rəhbəri Azərbaycana rəsmi səfər edəcək
  04 Sentyabr 2018    Oxunub:1734
Yaponiyanın Xarici İşlər naziri Taro Kono 5-6 sentyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, səfər çərçivəsində Taro Kononun xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

XİN rəsmisi qeyd edib ki, görüşdən sonra Azərbaycan və Yaponiya xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.

AzVision.az


Teqlər: Yaponiya   XİN  





Xəbər lenti