Əcnəbi tələbələrin miqrasiya məsələləri diqqətdə saxlanılır
Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təhsil vizası ilə ölkəyə gələrək Azərbaycanın ali məktəblərində təhsil ala bilərlər. Əcnəbi tələbələrə müvəqqəti yaşama icazəsinin verilməsi ilə əlaqədar müraciətlərin olma və ya yaşama icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış edilməsi təhsil aldığı universitetlər tərəfindən təmin olunmalıdır.
Görüşdə ali məktəblərin əcnəbi tələbələrlə iş üzrə müvafiq struktur bölmələrinin məsul əməkdaşlarının bu prosesə diqqətlə yanaşmalarının zəruriliyi diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
AzVision.az
Teqlər: DMX Miqrasiya Əcnəbi Tələbə