Xızıda qaraj maşınla birgə yandı

Xızıda qaraj maşınla birgə yandı
  05 Sentyabr 2018    Oxunub:1247
Xızı rayonun Giləzi qəsəbəsində ümumi sahəsi 24 kv.m olan qaraj, içərisində olan “VAZ” markalı minik avtomobilinin yanar hissələri, qaraja bitişik ümumi sahəsi 48 kv.m olan talvarın yanar konstruksiyaları 24 kv.m sahədə, talvarın altına yığılmış 3 ton ot bağlamasının 2 tonu və 2 ton taxılın 1 tonu yanıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, bitişik tövlə, talvarın, ot bağlamasının və taxılın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti