Sosial evlərin satışı yenidən dayandırıldı

Sosial evlərin satışı yenidən dayandırıldı
  05 Sentyabr 2018    Oxunub:7309
Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı dayandırılıb. AzVision.az xəbər verir ki, bu haqda Mənzil İnşaatı Dövlət Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, mənzil seçimi prosesi hal-hazırda dayandırılıb. Bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək.
Qeyd edək ki, ilk dəfə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən ilk dəfə may ayında Yasamal Yaşayış Kompleksində ilk sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırılmış və nəticələr ləğv edilmişdi. Mənzillərin təkrar satışı bu gün saat 11-dən etibarən başlanılacaqdı.

Aytən Zəhra
AzVision.az


Teqlər: MİDA   Ev  





Xəbər lenti