Sumqayıtda maşınla vurulan piyada öldü

Sumqayıtda maşınla vurulan piyada öldü
  05 Sentyabr 2018    Oxunub:1402
Sentyabrın 2-də saat 3 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Sərxan Bayramzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Babək Dadaşovu vurub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 4-də orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti