"Səhhətim yaxşı deyil"- Xalq artisti

"Səhhətim yaxşı deyil"- Xalq artisti
  05 Sentyabr 2018    Oxunub:1849
“Səhhətim yaradıcılıqla məşğul olmağa imkan vermir”.
AzVision.az xəbər verir ki, bunu xalq artisti Arif Məlikov deyib. Bəstəkar səhhətinin yaxşı olmadığını dilə gətirib.

“Bir gün elə, bir gün belə oluram. Həkimlərin köməkliyi ilə hələki tarazlığı saxlamağa çalışram. Amma o qədər də yaxşı deyiləm. Səhhətim kefimin də yaxşı olmasına imkan vermir. Bu səbəblərdən dolayı heç yaradıclqla da məşğul ola bilmirəm. Konservatoriyaya da çox gec-gec gedirəm”.

Yaxın günlərdə 85 illiyini qeyd etməyə hazırlaşan sənətkar bildirib ki, yubileyini rəsmi tədbirdən ibarət, təmtaraqsız keçirəcək.

Şahanə Rəhimli
AzVision.az




Teqlər: ArifMəlikov  





Xəbər lenti