Toyda qətl törədilib

Toyda qətl törədilib
  05 Sentyabr 2018    Oxunub:2082
Ağcabədi rayonunda toyda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, sentyabrın 4-də Ağcabədi şəhəri ərazisində yerləşən şadlıq saraylarının birində şəhər sakini Qurban Qurbanzadə münaqişə zəminində həmyerlisi Zaur Sadıqova bıçaqla xəsarət yetirib. Z.Sadıqov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Q.Qurbanzadə saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti