Sosial evlərin satışına başlanıldı

Sosial evlərin satışına başlanıldı
  05 Sentyabr 2018    Oxunub:1901
Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılıb.
MİDA-dan AzVision.az-a verilən xəbərə görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı saat 15:00-da başlayıb və bu il dekabrın 5-i saat 11:00-a qədər davam edəcək.

Artıq "Güzəştli mənzil” sistemində elektron kabinetlərinə giriş də aktivləşdirilib: "MİDA elektron kabinetinizə girişlə əlaqədar yaranan problemlərlə bağlı 108 Çağrı mərkəzinə müraciət etməyi xahiş edir", - deyə qurum bildirib.

Qeyd edək ki, MİDA mənzil seçimi prosesinin bu gün saat 11:00-da başlanacağını elan etsə də, sonradan vətəndaşlara müraciət edərək prosesin bugün saat 15:00-dan etibarən aktivləşdiriləcəyini bildirib.

AzVision.az


Teqlər: MİDA   Sosial-ev  





Xəbər lenti