Motosiklet oğruları tutuldu - FOTO

Motosiklet oğruları tutuldu - FOTO
  05 Sentyabr 2018    Oxunub:2053
Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinə ərizə ilə müraciət edən Moranlı kənd sakini Vüqar Mansurov sentyabrın 4-nə keçən gecə həyətindən “İJ Planet-3” markalı motosikletinin oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan AzVision.az-a verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib.



Qaragüney PB-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Moranlı kənd sakinləri Ramin Talıblı , Əli Əliyev və Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib. Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti