Ramil Usubov Rusiya səfiri ilə görüşüb
Daha sonra mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonağa məlumat verilib.
Nazir cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar barədə danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının, xüsusən DİN-in “Təhlükəsiz şəhər” Xidmətinin və “102 Xidməti” Zəng Mərkəzinin imkanlarından da geniş istifadə olunduğunu vurğulayıb.
Azərbaycan və Rusiya Daxili İşlər Nazirliklərinin əlaqəli fəaliyyətinin hər iki ölkədə cinayətkarlıqla mübarizəyə, ictimai təhlükəsizliyin təmininə müsbət təsir göstərdiyini deyən nazir son illər qarşılıqlı faydalı işbirliyinin müxtəlif istiqamətlərində, xüsusən transmilli mütəşəkkil cinayətkarlığın növlərinə, o cümlədən, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya, insan alverinə qarşı mübarizədə, həmçinin cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin keçirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması sahələrində müsbət nəticələr qazanıldığını məmnunluqla xatırladıb.
Səfir M.Boçarnikov səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edərək Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın vəziyyətindən məmnunluğunu bildirib. O, hazırkı görüşün də ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini, qarşılıqlı faydalı işbirliyinin müsbət nəticələri olduğunu xatırladaraq bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
AzVision.az
Teqlər: RamilUsubov