Üç gündə 68 əcnəbi saxlanılıb - FOTOLAR

Üç gündə 68 əcnəbi saxlanılıb - FOTOLAR
  06 Sentyabr 2018    Oxunub:1711
Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 68 nəfər əcnəbi saxlanılıb.
DMX-dən AzVision.az-a verilən məlumata görə, saxlanılmış əcnəbilərdən 11 nəfərinin qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 52 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.



Onlardan 48 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.






AzVision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti