Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq
  06 Sentyabr 2018    Oxunub:2321
Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 28-32° isti olacaq.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturunun 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacağı gözlənilir. Çimərliklərdə şimal-şərq küləyi əsəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 7-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı bildirilir. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimal edilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 28-33° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir. Respublikanın bölgələrində şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

AzVision.az


Teqlər: Hava   Külək   İsti  





Xəbər lenti