Sürücülərə xəbərdarlıq: bu yolda diqqətli olun!

Sürücülərə xəbərdarlıq: bu yolda diqqətli olun!
  07 Sentyabr 2018    Oxunub:1508
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Neftçilər prospektinin Azneft dairəsindən Rixard Zorge küçəsi ilə kəsiməsinədək olan hissəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən xəbərə görə, işlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.

Qeyd olunub ki, sürücülərdən rənglənmə işlərinin aparılmasına mane olmamaları üçün qeyd olunan müddət ərzində prospektdə Dənizkənarı Bulvar boyunca avtonəqliyyat vasitələrini park etməmələri, bundan başqa prospektdə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: AAYDA   BNA   Yol  





Xəbər lenti