Göytəpədə evdən 20 minlik qızıl oğurlanıb

Göytəpədə evdən 20 minlik qızıl oğurlanıb
  07 Sentyabr 2018    Oxunub:2228
Göytəpə şəhərində evdən oğurluq olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə Göytəpə şəhərindəki evlərin birindən 20.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti