"Tonqal"dakı kütləvi zəhərlənməyə görə bir nəfər həbs edildi

"Tonqal"dakı kütləvi zəhərlənməyə görə bir nəfər həbs edildi
  08 Sentyabr 2018    Oxunub:3760
Xəbər verildiyi kimi, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, Qasımov İlham İdris oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Restoran   Zəhərlənmə   Həbs  





Xəbər lenti