DSX-nın hərbi qulluqçusunu bıçaqlayan şəxs saxlanılıb
Əsgərin həyatını xilas etmək üçün dərhal təxirəsalınmaz tədbirlər görülüb, yaralı Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər C.İsgəndərov hazırda əməliyyat olunur, vəziyyəti ağırdır.
Əsgərin valideynlərinə hadisə barədə məlumat verilib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hadisə ilə əlaqədar Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına gəlib.
Hadisəni şəxsi münasibət zəminində törətdiyini bildirən C.Hüseynov saxlanılıb, hərbi prokurorluq orqanları bu barədə məlumatlandırılıb. Faktla əlaqədar müvafiq tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: DSX Hərbi-Qulluqçu