Gömrükdəki islahatlarla bağlı hesabat veriləcək

Gömrükdəki islahatlarla bağlı hesabat veriləcək
  09 Sentyabr 2018    Oxunub:1761
Sentyabrın 12-də Ümumdünya Gömrük Təşkilatının (WCO) Regional Ofisində "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda mətbuat konfransı keçiriləcək.
Konfransda Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi də iştirak edəcək.

Mətbuat konfransında iştirak etmək istəyən kütləvi informasiya vasitələrinin nümayəndələrindən sentyabrın 11-i saat 14:00-dək Dövlət Gömrük Komitəsinin rəsmi internet saytında qeydiyyatdan keçmələri xahiş olunur. Tədbirdə yalnız qeydiyyatdan keçən jurnalistlərin iştirakı təmin olunacaq.

Qeyd edək ki, WCO-nun regional ofisi Natiq Əliyev küç. 4-a, (Bakı Ali Neft Məktəbinin arxası) yerləşir.

AzVision.az


Teqlər: DGK   Konfrans  





Xəbər lenti