6 marşrut xətti müsabiqəyə çıxarıldı

6 marşrut xətti müsabiqəyə çıxarıldı
  10 Sentyabr 2018    Oxunub:963
1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib.

"Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər", - deyə BNA-nın məlumatında qeyd olunub.

AzVision.az


Teqlər: BNA   Avtobus   Müsabiqə  





Xəbər lenti