İsmayıllıdakı manyak hələ də tapılmayıb

İsmayıllıdakı manyak hələ də tapılmayıb
  10 Sentyabr 2018    Oxunub:4156
İsmayıllı rayonunda peyda olan manyak hələ də tapılmayıb.

AzVision.az xəbər verir ki, sakinlər evlərə girərək qadınların alt paltarını oğurlayıb, daha sonra rayon qəbirstanlığında basdıran manyakın tapılmamasından narahatdırlar.
Həmin şəxsin aşkar edilməsi üçün rayon polis idarəsinin əməkdaşları səfərbər edilib. Axtarışlar hələ ki nəticə verməyib.

Bəzi sakinlərin bildirdiyinə görə, manyakı görsələr də, onu tutmaq mümkün olmayıb: "Hündürboy kişidir. Ağ paltar geyinir. Üzünü görmək mümkün deyil. Onu tutmağa çalışsaq da, anidən yoxa çıxdı".

İsmayıllı Rayon Polis İdarəsindən AzVision.az-a bildirilib ki, həmin şəxsi tutmaq mümkün olmayıb.

“Araşdırma davam edir və hələlik müsbət nəticə yoxdur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: İsmayıllı   Manyak  





Xəbər lenti