Rusiyada terror törətmək istəyən İŞİD-çi tutuldu - "Lider"ləri öldürəcəkdi...

Rusiyada terror törətmək istəyən İŞİD-çi tutuldu - "Lider"ləri öldürəcəkdi...
  10 Sentyabr 2018    Oxunub:1507
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Smolensk vilayətində Ukrayna Təhlükəsizlik Xidməti və “Sağ sektor”un tapşırığı ilə Rusiyada terror aktları və Ukraynanın şərqindəki qondarma Donetsk və Luqansk xalq respublikasının liderlərini öldürməyi planlaşdıran İŞİD təşkilatının üzvünü saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı FTX yayıb. Qeyd olunub ki, saxlanılan şəxs Dağıstan sakini, 1988-ci il təvəllüdlü Məcid Maqomedovdur. Ondan gücü 1,5 kiloqram trotil olan əldəqayırma partlayıcı qurğu, səsboğucusu olan tapança və sursat götürülüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti