Oğurladıqları evləri yandıran dəstə saxlanıldı - FOTOLAR

Oğurladıqları evləri yandıran dəstə saxlanıldı - FOTOLAR
  10 Sentyabr 2018    Oxunub:2073
Neftçala rayon sakini Rəşad Səlimov rayon polis şöbəsinə müraciət edərək yaşadığı evdən 100 manat və 4000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar Tağıyev, Ramin Rütəmov və qardaşı Taleh saxlanılıblar.



İstintaqın gedişi zamanı dəstə üzvlərinin cari ilin iyul-sentyabr ayları ərzində rayon ərazisində daha 5 evdən oğurluq etdikləri məlum olub. Qeyd edək ki, dəstə üzvləri oğurluğa daxil olduqları evlərdən ikisini izi itirmək məqsədi ilə yandırıblar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılaraq dəstə üzvləri arasında bölünüb.



Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti