Lənkəran sakinlərindən silah götürülüb

Lənkəran sakinlərindən silah götürülüb
  10 Sentyabr 2018    Oxunub:1062
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Cil kənd sakinləri - İmran Abdullayevin, Şirvan Əkbərovun və Elmin Rzayevin evlərinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16”, “İJ-58” və “İJ-18” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
AzVision.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb, Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti