Ombudsman işçisi hərbi hissələri yoxladı

Ombudsman işçisi hərbi hissələri yoxladı
  10 Sentyabr 2018    Oxunub:1360
Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Ombudsman Aparatının nümayəndəsi hərbi qulluqçuların döyüş mövqelərindəki xidmət və məişət şəraiti ilə tanış olub, hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyətin suallarını cavablandırıblar.



Aparatın əməkdaşı əsgər yataqxanalarına, yeməkxanalara, tibb məntəqələrinə, məişət və digər inzibati otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyətini, asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə hərbi vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndirib.



AzVision.az


Teqlər: Mn   Ombudsman  





Xəbər lenti