Paytaxtda “cib” tipli dayanacaqlar quraşdırılır - FOTOLAR

Paytaxtda “cib” tipli dayanacaqlar quraşdırılır - FOTOLAR
  11 Sentyabr 2018    Oxunub:1293
Bakı şəhərində sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir.
AzVision.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq, “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb. Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.









AzVision.az


Teqlər: BNA   Dayanacaq  





Xəbər lenti