4 uşaqla kirayədə qalan ana - İşə nazirlik qarışdı (FOTO)

4 uşaqla kirayədə qalan ana - İşə nazirlik qarışdı (FOTO)
  11 Sentyabr 2018    Oxunub:3042
Ucar rayonu, Bərgüşad kənd sakini Aygün Hacıyevanın 4 uşağı ilə birgə kirayədə çətin həyat şəraitində yaşadığı barədə sosial şəbəkələrdə yayılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırma aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.

Bildirilib ki, nazirliyin əməkdaşları həmin ailənin yaşadığı ünvanda olaraq vəziyyəti ilə yerindəcə tanış olublar.

"Müəyyən olunub ki, A.Hacıyeva ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edərkən istifadəsində olan pay torpağı barədə məlumatı ərizə-bəyannamədə qeyd etməyib.

Belə ki, vətəndaş ünvanlı sosial yardım almaq üçün sonuncu dəfə ötən ilin iyun ayında müraciət etdikdən sonra ailənin maddi-məişət şəraitinin müayinəsi keçirilib və Ucar rayonu Bərgüşad kəndində pay torpaq sahəsinin olduğu, lakin bu barədə ərizə-bəyannamədə məlumat vermədiyi aşkar olunub. Bu səbəbdən ünvanlı sosial yardım təyin olunmasından imtina edilib".



Qurum rəsmisi qeyd edib ki, A.Hacıyevaya ailəsinə sosial yardım alınması üçün yenidən bütün məlumatları elektron sistemə dolğun şəkildə daxil etməklə müraciət olunmasına texniki yardım göstəriləcək.

"Dörd uşağını təkbaşına böyüdən A.Hacıyevanın müraciətinə qanunvericilik çərçivəsində baxılaraq, ailəsinin sosial yardım almaq hüququ ilə bağlı obyektiv qərar qəbul olunacaq. Nazirlik həmin ailənin yaşayışını diqqətdə saxlayacaq", - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti