“Şahdağ” Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Şahdağ” Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
  11 Sentyabr 2018    Oxunub:1920
Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə bağlı bəzi məsələlər və Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   Şahdağ  





Xəbər lenti