Axtarışda olan şəxsin evindən silah çıxdı

Axtarışda olan şəxsin evindən silah çıxdı
  11 Sentyabr 2018    Oxunub:1057
Sabunçu RPİ tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirqasım Sadıqov Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbrə görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Zirə qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və 8 ədəd patron, habelə həyətindəki istixanada kultivasiya yolu ilə yetişdirilən 1230 ədəd çətənə kolu və 530 qram marixuana aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti