XİN rəsmisi ÜST-in yeni nümayəndəsini qəbul edib

XİN rəsmisi ÜST-in yeni nümayəndəsini qəbul edib
  11 Sentyabr 2018    Oxunub:1105
Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikası üzrə yeni nümayəndəsi dr. Hande Harmancını qəbul edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüş əsnasında H.Harmancı təyinatı ilə əlaqədar etimadnaməsini Pərvin Mirzəzadəyə təqdim edib.

O, fəaliyyəti dövründə Azərbaycanla ÜST arasında münasibətlərin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. P.Mirzəzadə H.Harmancıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az


Teqlər: XİN   ÜST  





Xəbər lenti