Bakının əsas küçələri bu gecə bağlanacaq

Bakının əsas küçələri bu gecə bağlanacaq
  11 Sentyabr 2018    Oxunub:1257
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Parlament prospekti, Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə kimi və Neftçilər prospekti, Azneft dairəsindən Dalğa arenaya kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, işlər axşam saat 22:00-dan başlayaraq sentyabrın 12-si səhər saatlarına qədər davam edəcək.

Sürücülərdən sözügedən yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: AAYDA   BNA  





Xəbər lenti