Aşura QMİ-nin fətvası əsasında keçirilməlidir

Aşura QMİ-nin fətvası əsasında keçirilməlidir
  12 Sentyabr 2018    Oxunub:1904
AzərbaycanRespublikası DiniQurumlarla İş üzrə DövlətKomitəsi (DQİDK) və SəbailRayon İcraHakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Səbail Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Abit Əliyev, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, əhalinin 96 faizi müsəlman olan respublikamızda iki mindən çox məscid var və İslami dəyərlər dövlətin hər zaman təminatı altındadır. Din dövlətdən ayrı olsa da, dövlətimiz daim dinə, dini ibadət yerlərinə - məscidlərə, ziyarətgahlara xüsusi diqqət yetirir, yeni məscidlər tikilir, bərpa və təmir olunur.

Bildirilib ki, Azərbaycanda dini məsələlər qanunlarla tənzimlənir. Qanunla qeydiyyatdan keçən bütün dini icmaların fəaliyyəti üçün şərait yaradılıb. Ölkədə tolerantlıq mühiti mövcuddur və bütün dinlərə eyni münasibətlə yanaşılır. Tədbirdə o da vurğulanıb ki, Məhərrəm ayında keçirilən bütün tədbirlər, o cümlədən Aşura mərasimləri yalnız Qafqa Müsəlmanları İdarəsinin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız qanundankənar hərəkətlərə yol verməməli, bütün tədbirlər məscidlərin içərisində olmalı, kənar atributlar məscidlərə gətirilməməlidir.

Çıxış edən din xadimləri dövlətin dinə və dindarlara qayğısını yüksək qiymətləndiriblər və buna görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Seminar-müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

AzVision.az


Teqlər: Aşura   QMİ  





Xəbər lenti