Gömrük Komitəsinin 228 əməkdaşı məsuliyyətə cəlb olunub

Gömrük Komitəsinin 228 əməkdaşı məsuliyyətə cəlb olunub
  12 Sentyabr 2018    Oxunub:7686
2018-ci il ərzində Dövlət Gömrük Komitəsinin 228 əməkdaşı tənbeh və intizam məsuliyyətinə cəlb olunub.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov məlumat verib.

İdarə rəisi bildirib ki, komitə 4 fakt üzrə 5 əməkdaş barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib. Onun sözlərinə görə, bu müddət ərzində 9 nəfər işdən azad olunub.

"4 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfər aşağı vəzifəyə keçirilib. 4 nəfərin xüsusi rütbəsi azaldılıb. 47 nəfərə şiddətli töhmət verilib. 17 nəfərə töhmət, 20 nəfərə isə irad tutulub", - deyə idarə rəisi qeyd edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Gömrük   Komitə  





Xəbər lenti