Liberman Bakıda hərbi əməkdaşlığı müzakirə edəcək

Liberman Bakıda hərbi əməkdaşlığı müzakirə edəcək
  12 Sentyabr 2018    Oxunub:1734
Sentyabrın 13-də İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.

AzVision.az


Teqlər: MN   Liberman  





Xəbər lenti