Çexiyalı nazir İlham Əliyevin qəbulunda - Yenilənib
İqtisadi tərəfdaşlığın geniş gündəliyə malik olduğunu, bir sıra Çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.
Başçılıq etdiyi nümayəndə heyətinə çexiyalı iş adamlarının daxil olduğunu deyən nazir xanım Marta Novakova bu gün Bakıda keçiriləcək Azərbaycan-Çexiya biznes forumunun əhəmiyyətini qeyd etdi və bu tədbirin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı sənaye, infrastruktur, avtomobil sənayesi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.
AzVision.az
Teqlər: İlham-Əliyev Çexiya