General-leytenant: “Xəyanət və rüşvət bağışlanmır”

General-leytenant: “Xəyanət və rüşvət bağışlanmır”
  12 Sentyabr 2018    Oxunub:8070
“Komitənin hər bir əməkdaşına bildirilib ki, xəyanət və rüşvət bağışlanmayacaq".
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev deyib.

Komitə sədri bildirib ki, kim korrupsiyaya cəhd edirsə, rüşvət alıb rüşvət verirsə, həmin şəxslər cəzalandırılacaq. Onun sözlərinə görə, bu hallara qarşı mübarizə davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov rüşvət alarkən saxlanılıb və bu əməlinə görə tutduğu vəzifədən azad olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DGK   Rüşvət   Həbs  





Xəbər lenti