Bu il 1458 əkiz, 57 üçəm doğulub

  12 Sentyabr 2018    Oxunub : 486
Bu il 1458 əkiz, 57 üçəm doğulub
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 78673, yaxud hər gün orta hesabla 371 doğulubmuş körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1458-i əkiz, 57-si üçəmdir.

Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur. Cari ilin yanvar-iyul ayları ərzində ölkədə 34812 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.


AzVision.az

Teqlər: DSK   Üçəm   Əkiz   Uşaq