Kənd təsərrüfatı ilə bağlı qanun yenidən hazırlanır

Kənd təsərrüfatı ilə bağlı qanun yenidən hazırlanır
  12 Sentyabr 2018    Oxunub:1653
Azərbaycanda “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun yenidən hazırlanır.
AzVision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının qanunverici işlər planına salınıb.

Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib ki, Milli Məclis layihəni Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə hazırlayıb: "Layihə Prezident Administrasiyasına göndərilib. Prezident Administrasiyasının rəyi alındıqdan sonra parlamentdə müzakirəyə çıxarılacaq".

Qeyd edək ki, hazırda qüvvədə olan “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun 2002-ci ildə qəbul olunub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Milli-Məclis   Qanun  





Xəbər lenti