Kərbəlada zəncir vuran müğənni: "Elə bilirlər ki...."

Kərbəlada zəncir vuran müğənni: "Elə bilirlər ki...."
  12 Sentyabr 2018    Oxunub:21006
Dünəndən ölkəmizdə Məhərrəmlik ayı başlayıb. Sentyabrın 20-də Aşura mərasimi keçiriləcək. Ötən il Aşura mərasimini İraqda keçirən müğənni İzzət Bağırov AzVision.az-a bildirib ki, bu il Məhərrəmlikdə Azərbaycanda olacaq və məscidə zəncir vurmağa getməyəcək.
“Toyda, şənlikdə iştirak etməyəcəm. Bu ay ancaq Bakıda olacağam. Bundan əvvəl bir neçə il ardıcıl Məşəddə, Kərabalada olmuşam. Ötən il İraqda olanda zəncir vurmağım birmənalı qarşılanmadı. İnsanlar bilmədi ki, vurduğum dəmir zəncir deyildi. Plastmas zəncirdən istifadə etmişdim. Bundan isə insanın bədənini göyərtmək, qan çıxarmaq üçün istifadə olunmur. Sünidir. İnsana zərər verməz”.

Müğənni insanları Aşurada qan çıxarmağa deyil, qan vermə aksiyalarına qoşulmağa səsləyib: “Bakıda zəncirlə qan çıxaran insanlara qoşulmamışam və etmərəm də. Qafqaz Müsəlmanları İdarəsinin və ilahiyyatçıların bununla bağlı fətvası var. Qan çıxarmaq olmaz. Buna görə də hər il Cümə məscidində qanvermə aksiyasında iştirak edirəm. Ora gələnlər həmişə məni görüblər”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti