Prezident Oğuzda yol tikintisinə pul ayırıb

Prezident Oğuzda yol tikintisinə pul ayırıb
  12 Sentyabr 2018    Oxunub:1566
Prezident İlham Əliyev Oğuz rayonunun Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər veirr ki, sərəncama əsasən, 4000 nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər: Oğuz   Prezident   Sərəncam  





Xəbər lenti